“İşıq” qəzeti
“İşıq” qəzetinin fəaliyyətə başlaması nəinki Azərbaycanda, ümumilikdə Şərqdə böyük hadisə idi. Bu qəzeti Azərbaycanın ilk qadın mətbuat orqanı və həftəlik qəzet adlandırmaq daha doğru olar.
“İdarədən əxabr” başlığı adı altında dərc olunan yazılarda qəzetin fəaliyyəti haqda məlumat verilirdi.
Azərbaycan qadınları üçün ilk qəzeti Hacı Zeynəlabdin Tağıyev, məsul katibi isə onun həyat yoldaşı Sona xanım idi.
“ İşıq “ qəzetinin baş redaktoru Xədicə xanım Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyovdur.
“İşıq” nəşrə başladığı ilk gündən qadın təhsilinin, qadın hüquqlarının, qadın azadlıqlarının carçısına çevrildi. Azərbaycanın müxtəlif yerlərindən yazan qadın imzalarına rast gəlirik. Xədicə xanım “həmşirələrim” deyə müraciət etdiyi azərbaycanlı xanımlara durmadan yazmağa və öz hüquqlarına sahib çıxmağa səsləyirdi. “İşıq” jurnalı müasir cəmiyyətdə yeni düşüncə və hədəflər üçün axtarış edirdi.
Maddi sıxıntıdan və material çatışmazlığından fəaliyyətini dayandırmağa məcbur oldu. Bir neçə il sonra Azərbaycan Xalq Cümhuriyyət bu ideyaları – qadın təhsilli, ictimai işlərdə, idarəçilikdə fəal olmalarına, genderbərabərliyini həlli üçün mühüm imkanlar yaratdı. 1918 – ci ildə AXC İstiqlal bəyannaməsi ilə qadına seçmək və seçilmək hüququ verdi
Müasir zamanda da qadınların inkişafında , ailədəki rolunda müəyyən çatışmazlıq var. Məişət zorakılığı, qızların bölgələrdə tez evləndirilməsi, təhsildən uzaqlaşdırılması hallarına rast gəlirik. Belə problemlərin aradan qalxmasında mətbuat da var gücü ilə çarpışır.
Azərbaycan Qadını tarixdə öz izlərini qoyub.
Türk xalqlarının hökumdar qadın qəhrəmanı – Tomirsi .
Ağılı və uzaqgörənliyi ilə seçilən – Möminə xatun
Vətənpərvər, millətinin qeydinə qalan diplomat - Sara xatun
İncəsənətə yiyələnmiş rübai ustadı, şairəmiz – Məshəti Gəncəvi
Ədəbi və mədəni həyatın inkişafına böyük töhfə vermiş – Xurşidbanu Natəvan v.s
Nəzərə alsaq ki, həmin dövrdə qadınlar hüquqsuz vəziyyətdə idilər və belə bir şəraitdə dövlət məsələrində, ictimai həyatda öz mövqelərini tutmuşdular.
Qadın – Ana elə bir varlıqdır ki, dünyaya yeni insan bəxş edən, adət - ənənələrimizi öyrədən, vətənpərvər övlad yetişdirən, milli dəyərlərimizi uyğun tərbiyə verən uca bir varlıqdır.
Ümumiyyətlə, Azərbaycan qadınında cəsarət, alicənablıq, səbir və başqa ali keyfiyyətlər onların daxilində nə qədər zəngin olduğunu göstərir.
Qəzet 22 yanvar 1911-ci il – 21 aprel 1912 – ci il tarixləri arasında nəşr edilmişdir. Ümumilikdə 47 nömrəsi (34 say 1911-ci ildə, 13 say 1912 – ci ildə olmaqla) toplanıb.
“ İşıq “qəzetinin 68 sayının nəşr olunduğu haqqında məlumat verildiyinə baxmayaraq əlimizdə 47 sayı var.
Hətta Xədicə xanımın saxladığı və əlimizdə olan dəstədə də” İşıq “qəzetinin 1911 – ci ildəki saylarının tam dəsti və 1912 – cil il üzərə ilk 12 sayı var.
1911 – ci il sayları Haşım bəy Vəzirovun “Səda” mətbəəsində çap olunub.
Qəzetin İlkdəki saylarının son səhvlərindən
Rus dilində qeydə edilib : “Tip. Q. B. Vezirova, Bakı”
Azərbaycan dilində : “Bakı. Haşım bəy Vəzirovun “ Səda “ mətbəəsində çap olunub- sözləri yazılmışdı.
Qəzetin 1911 – ci il 5,6,7-ci sayları 12 səhifə, qalan bütün sayları isə 8 səhifə həcmində olub.
1912 – ci ilin yanvarında “ İşıq “ qəzeti Bakı şəhər polis idarəsinin mətbəəsində çap olunub.
Materialın çox az hissəsi, xüsusilə sonuncu səhifə rus dilində verilir, 1-ci , 2-ci ,3-cü səhifələr çox az hallarda isə 4-cü səhifədə reklam və ya elanlar yerləşdirilirdi.
Qəzetin bölmələri : “Təlimi-nisvan”(qadınların təlimi), “Vəzayifi-beytiyyə” (məişət məsəlləri),
Hüquqi – müslim (müsəlman qadının hüququ) və ya Bacılarına bir neçə söz “,” Təbabətə dair “,” Ədəbiyyat “,” Evdarlıq”, “Xəbərlər”, “Elanlar”.
“Məktublar” daimi başlığı olmasa da hər nömrəsində məktublar dərc olunurdu.
Həlimə Axundova : “ Bəs bunların hamsı elimsizlikdəndir. Əgər bir övrət tayfasında elim ola, öz hüququmuzu başa düşüb, öz vəzifəmizi anlayıb bu cür bəlalara mübtəla olmarıq”.
Burada qadınları kölə vəziyyətinə düşməməyə, öz hüququnu dərk etməyə çağırırdı.
İndiki dövrdə öz hüququna sahib ola bilməyən qadın ər evində xoşbəxtlik, səadət tapmır.
Əksinə, elə ki, uşaq oldu biçarənin günü qara olur. Həm ev işi, həm də uşaq saxlamaq, habelə ər zülmü ona göz açmağa imkan vermir. Savadsız bir qadın övladına təlim- tərbiyə verə bilməz.
Qəzetin müxtəlif saylarında evdarlığa dair məsləhətlər dərc edilir, cürbəcür mürəbbə və yeməklərin hazırlanması qaydaları öyrənilirdi.
Qəzetin daimi müəlliflərindən biri olan Mustafa bəy Əlibəyovun “K jenşinam musulmanam” adlı və digər məqalələrində müsəlman qadınlarının savadsızlığını təəssüf hissi ilə nəzərə çatdırır, uşaq tərbiyəsinin vacibliyindən söz açır .
Qəzet imkan daxilində ana dilinin təmizliyi uğurunda da mübarizə aparırdı. “İdarədən xəbər” başlığında getmiş bir neçə yazıda müəlliflərdən xahiş olunur ki, mümkün qədər öz ana dilimizdə yazıb, ərəb, fars və Osmanlı sözləri işlətməsinlər.
“İşıq “ qəzetinin müxbirləri Həlimə xatun Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə v. S kimi qadın müxbirlər yetişdirmişdi.
“İşıq” qəzetində Azərbaycan türkcəsindən başqa 3 dildə (ərəb, fars, rusca) məqalələr, kəlamlar və şeirlər də dərc olunub.
1.Ərəbcə mətnlər əksəriyyəti ayə və hədislərdən bir neçə şeir, atalar sözü, kəlamlardan ibarətdir.
2.Farsca mətnlər məqalə içərisində istifadə olunmuş şeirlərdən, bir neçə aforizimdən ibarətdir.
3. Rusca mətnin əksəriyyəti qəzetin naşiri Mustafa bəy Əlibəyovun məqalələrini, elanları, müəllifin suallarına verilmiş cavabları əhatə edir.
1911
Nömrə 1 : Şənbə günü 1911 – ci il 22 yanvar.
Qəzetin idarəsi. Bakı, Çerkovnı və Spasski küçələrin küncündə, 44 nömrəli evdə.
İllik 3 manat, 6 ay 2 manat. Qeyri şəhərdə illik 4 manat, 6 aylıq 2 manat 50 q.
1 nömrənin başlığında yazılıb : İndilik həftədə bir dəfə şənbə günü nəşr olacaq, tərbiyeyi - ətfala*, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir.
QƏZETİN 1 - Cİ NÖMRƏSİNDƏKİLƏR :
İlk səhifədə Xədicə xanımın “Həmişərilərimizə ixtira”, “ Hüququmuz”, “Qadın (əski ağızda yeni söz) “, Şəhrəbanu xanım Şəbanzadə “Nəsil”, “ Oxumaq lazımdır”, Sona xanım Axundovanın”Kor dilənçi”, Minaxanım Məhəmmədzadə “Müsəlman qadınlarının öz uşaqlarına tərbiyəsi” əsəri çap olunub.
Daxili xəbərlər( Az tapılan fədakarlıq ) , Xarici xəbərlər (Türk xanımlarının halı) ,Portağal mürəbbəsini necə bişirməli ? , Tapmaca, sonucu səhifədə Mustafa bəy Əlibəyovanın “Müsəlman Analarına məktub” əsəri çap olunub.
1911 – ci il . N°= 1
1912
Nömrə 1 : Şənbə günü 21 yanvar 1912-ci il
Qəzetin idarəsi. Bakı, Çerkovnı və Spasski küçələrin küncündə, 70 nömrəli evdə. İllik 3 manat, 6 ay 2 manat. Qeyri şəhərdə illik 4 manat, 6 aylıq 2 manat 50 q.
1 nömrənin başlığında yazılıb : İndilik həftədə bir dəfə şənbə günü nəşr olacaq, tərbiyeyi - ətfala*, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir.
QƏZETİN 2-Cİ NÖMƏRSİDƏKİLƏR :
İdarə “İxtira”, “Agentlərə elan “ sonra Elan, Mustafa bəy Əlibəyovun “İnna Lillahi və İnna İleyhi Raciun”, Xədicə xanımın “Bacılarıma”, Əlişir “Ədəbiyyat”, Ə. M. S “Şərifə bacı” (xalalarıma hədiyyədir), Əxbərati – Daxilə sonra Elanlar.
1912 – ci il. N°= 1
“İşıq” qəzeti, bir sözlə Azərbaycan mətbuatının qaranlıq gecəsində bir ulduz kimi parladı . Öz işığı ilə xalqa maarif yolu açdı.
Elmi nəşrlərdə onu gah qəzet, gah da jurnal adlandırırdılar.
Qəzet – İctimai şüurun, milli oyanışın dövründə savadsızlığa, fanatizimə qarşı çıxırdı , yeniliyə, inkişafa can atırdı. Övladların düzgün tərbiyə olunması, qızların təhsilə cəlb edilməsi, mədəni geriliyə qarşı ideoloji mübarizə məqsədilə uğurlu addımlar atmışdı.
Qadın ailənin təməl qoyuluşunda düzgün addım atması analıq vəzifəsini, ailənin, cəmiyyətin qarşısındakı məsuliyyətini dərk edə bilməz.
İndiki dövürdə həftədə bir dəfə, şənbə günləri nəşr olunacaq tərbiyeyi - ətfala, ədəbiyyat, təbabət və evdarlığa dair xanımlar qəzetəsi”.
2021 – ci il yanvar ayının 22 – də Azərbaycanda ilk qadın mətbuatı olan “İşıq” qəzetinin 110 illiyi tamam oldu.
“İşıq” ın da 100 il sonra – 2012 –ci ildə jurnal formatında bərpası klassik dəyərlərimizə sadiqlik, keçmiş irsi dəyərlərimizi günümüzə gətirərək müasir oxuculara təqdim edibdir.
Uzun illər qəzet brujua mətbuat orqanı kimi qiymətləndirilmiş, sovet dövrün ideoloji qəlibləri prizmasından baxılıbdır. Müstəqillik illərində Azərbaycanda qadın mətbuatının bayraqdarı kimi öz mövqeyini tutub.
Ölkəmiz ilə yanaşı digər ölkələrin kitabxana və arxivlərində qorunan “İşıq”ın orjinal saylarının foto – surətləri saxlanır.
Qəzetin orjinal nüsxələrini redaksiyaya hədiyyə edən Amaliya Qasımovadır.
“İşıq” qəzetinin yeni əlifba ilə nəşri Azərbaycan qadının inkişaf tarixini öyrənilməsi baxımdan bariz nümunəsidir.
Xədicə xanım (baş redaktor) və Mustafa bəy (naşir)